09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

VERGİ

Hüquq şirkətimiz tərəfindən vergi hüququ üzrə aşağıdakı xidmətlər həyata keçirilir:

 

  1. Vergi orqanlarının çıxardığı qərarların hüquqi ekspertizası;

 

  1. Vergi yoxlamaları zamanı təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi;

 

  1. Vergi mübahisələrinin inzibati və ya məhkəmə qaydasında həlli;

 

  1. Artıq ödənilmiş vergi ödənişlərinin və tutulmaların qaytarılmasının təşkil edilməsi;

 

  1. Vergi hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi.

 

 

Qərb ölkələrində vergi hüququ üzrə xidmətlər əsasən korporasiyalara göstərildiyi üçün, bu xidmətlər “korporativ-hüquqi xidmətlərin” tərkib hissəsi hesab edilir. Qərb təcrübəsində mövcud olan bir çox hüquqi xidmətlər Azərbaycanda tətbiq edilmir.

 

 

Bunlara aşağıdakıları aid edə bilərik:

 

  1. “Tax Planning” (“Vergi Planlaşdırması”) – korporasiyaların fəaliyyətinin vergi ödənişlərinin azaldılmasına yönləndirilməsi. Vergi planlaşdırılmasını həyata keçirən hüquqşünaslar korporasiyaların gəlir sahələrini vergi ödənişlərinin azalması ilə nəticələnəcək səviyyədə müəyyənləşdirilər.

 

  1. “Tax Mitigation” (“Vergi Azaldılması”) – qanunvericilikdə müəyyənləşdirilmiş vergi güzəştlərindən istifadə edilməsi ilə vergi ödənişlərini azaldılması. Vergi güzəştlərindən istifadə metodu son dövrlərdə geniş yayılmış korporativ təcrübədir.

 

Qeyd etmək lazımdır ki, yuxarıda qeyd etdiyimiz hüquqi xidmətlər qanunidir və vergidən yayınma halı hesab edilmir.

Bizimlə Əlaqə
Əvvəlki Xidmətlər
Sonrakı Xidmətlər