09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

TİKİNTİ

Tikinti hüququ müasir dövrümüzün ən problemli hüquq institutlarından hesab olunur. Bu hüquq institutunun tənzimlədiyi münasibətlər başlıca olaraq daşınmaz əmlak və müqavilələr hüququ ilə bağlı olsa da, əmək hüququ və korporativ hüquqla da əlaqəsi mövcuddur.

Azərbaycan Respublikasının tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir.

Tikinti hüququnun mürəkkəbliyi, bu sahədə hüquqi xidmətlərin həyata keçirilməsini labüd edir.

Tikinti sahəsində aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:

 

1.Tikinti müqavilələrinin tərtib edilməsi,

2.Tikinti şirkətlərinin müqavilə danışıqlarında təmsil edilməsi,

3.Tikinti sahəsini tənzimləyən dövlət orqanları ilə danışıqların aparılması, tərəflərin hüquqlarının müdafiəsi,

4.Dövlət satınalmalarının (müsabiqələrin, hərracların, tenderlərin) təşkili və keçirilməsi məsələləri üzrə hüquqi xidmətlər,

5.Tikinti şirkətlərinin fəaliyyət sferalarında vergi mübahisələrinə görə maraqların müdafiəsinə dair hüquqi xidmətlər,

6.Tikinti qanunvericiliyi üzrə hüquqi konsultasiyaların həyata keçirilməsi,

7.Tikinti sahəsində yaranan mübahisələrin inzibati və məhkəmə qaydasında müdafiəsi.

Bizimlə Əlaqə
Sonrakı Xidmətlər