09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

TİBBİ HÜQUQİ XİDMƏTLƏR

Azərbaycanda tibb hüququnun tənzim edilməsi ilə bağlı qanunvericilik sistemi təkmil olmasa da, bu sahədə bir çox normativ hüquqi aktlar qəbul edilmişdir: “Əhalinin sağlamlığının qorunması haqqında Qanun, “Qan və onun kompanentlərinin donorluğu haqqında” Qanun, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” Qanun. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Qanunsuz abort etmə”, “Xəstəyə kömək göstərməmə”, “İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma”, “Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə”, “Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya” kimi tibb hüquq münasibətləri ilə bağlı cinayət tərkibləri təsbit edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin VI bölməsində “Sağlamlıq əleyhinə olan inzibati xətalar” fəsli müəyyən olunmuşdur. Yaxın gələcəkdə ölkəmizdə tibb hüququ üzrə bir çox normativ hüquqi aktların, o cümlədən “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” Qanunların qəbul edilməsi planlaşdırılır.

 

 

Tibb hüququ sahəsində həyata keçirilən hüquqi xidmətlərə aşağıdakıları aid edə bilərik:

 

  1. Həkimlər və digər tibb personallarının qanunsuz müdaxilələrdən qoruması üzrə hüquqi yardımın həyata keçirilməsi;

 

  1. Xəstələrə həyat və sağlamlığına Azərbaycan Respublikasının Cinayət Qanuvericiliyində müəyyənləşdirilmiş zərər vurulduqda, xəstənin hüquqlarının cinayət-hüquqi müdafiəsi;

 

  1. Sağlamlıq əleyhinə inzibati xətalar törədildiyi zaman zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi;

 

  1. Maddi zərərə uğrayan xəstələrin hüquqların mülki-hüquqi müdafiəsi;

 

  1. Tibb hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi.
Bizimlə Əlaqə
Əvvəlki Xidmətlər
Sonrakı Xidmətlər