09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

TƏZMİNAT

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində, zərərin anlayışı bu cür təsbit edilmişdir: “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (“real zərər”), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (“əldən çıxmış fayda”) başa düşülür. Qeyri-iqtisadi ziyan növü kimi mənəvi ziyanın ödənilməsi məsələsi müasir dövrümüzdə geniş yayılmışdır. Lakin bu institut sadəcə hüquq mədəniyyətinin yüksək inkişaf etdiyi qərb ölkələrində təkmil vəziyyətdədir. Buna səbəb, mənəvi ziyan institutunun mürəkkəbliyi və tənzimləmə problemidir. Təzminat münasibətlərinin hüquqauyğun tənzimində peşəkar hüquqi xidmətlərin həyata keçirilməsi də mühüm rol oynayır.

 

 

Bu sahədə həyata keçirilən xidmətləri sadalayaq:

 

  1. Tərəflərə dəymiş maddi zərərin müəyyən edilməsi və məhkəmə qaydasında tələb edilməsi;

 

  1. Cinayət nəticəsində vurulmuş maddi zərərlə bağlı mülki iddianın irəli sürülməsi;

 

  1. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələb irəli sürülməsi;

 

  1. Mənəvi zərərin məhkəmə praktikasına uyğun şəkildə müəyyənləşdirilib tələb edilməsi;

 

  1. Azərbaycan Respublikası Mülki Qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər əsaslar üzrə yaranmış zərərin əvəzinin tələb edilməsi;

 

  1. Təzminat hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi.
Bizimlə Əlaqə
Əvvəlki Xidmətlər
Sonrakı Xidmətlər