09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

SIĞORTA

Sığorta münasibətləri müasir bazar iqtisadiyyatının mühüm elementlərindən biridir. O, iqtisadiyyatda spesifik funksiyalar yerinə yetirilməsi ilə bağlı olan maliyyə münasibətlərinə aid edilir. Sığorta – sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində yaranan münasibətlərdir. Sığorta anlayışı, iqtisadi anlayış olmaqla yanaşı, iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin inkişafında mühüm rol oynayır. Sığorta istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Dünya təcrübəsi göstərir ki, xüsusi fondlar hesabına yaradılan sığorta əmtəə istehsalçılarının, vətəndaşların sosial təminatının, dövlətin iqtisadi mənafelərinin təmin etməklə bərabər həm də təkrar istehsal prosesini fasiləsiz surətdə tənzimləyir. Müasir bazar iqtisadiyyatını sığorta münasibətləri olmadan təsəvvür etmək qeyri-mümkündür. Ölkəmiz sərbəst bazar iqtisadiyyatı modelinə qədəm qoyduqdan sonra yeni maliyyə-iqtisadi siyasətə uyğun sığorta siyasəti formalaşdırılmışdır. Dövlətimizin sığorta siyasətində başlıca məqsədlərdən biri, yeni formalaşmaqda olan sığorta münasibətlərinin səmərəli normativ tənzimlənməsidir.

 

Azərbaycanda sığorta münasibətlərinin normativ bazasını təşkil edir:

 

  1. Azərbaycan Respublikasının Konstitusiyası,

 

  1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr,

 

  1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50-ci fəsli,

 

  1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu,

 

  1. Ayrı-ayrı icbari sığorta növləri haqqında qanunlar,

 

  1. Azərbaycan Respublikası Prezidentinin Fərmanları,

 

  1. Azərbayacan Respublikası Nazirlər Kabinetinin qərarları,

 

  1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aktları.

 

Sığorta münasibətlərinin hüquqi tənzimində “Sığorta fəaliyyəti haqqında” Azərbayacan Respublikasının Qanunu xüsusi əhəmiyyət kəsb edir. Bu qanunda sığortanın leqal anlayışı daxil olmaqla əsas anlayışlar, ölkəmizdə tətbiq olunan əsas sığorta növləri və sığorta ilə bağlı digər mühüm məsələlər təsbit olunmuşdur.

 

Qeyd edilən qanunun 14-cü maddəsində sığorta aşağıdakı formada təsnif olunmuşdur:

 

  1. Sığorta obyektinə görə: şəxsi sığorta əmlak sığortası

 

  1. Sığortaçıların fəaliyyət istiqamətinə görə həyat sığortası qeyri-həyat sığortası

 

Qanunda həmçinin, qeyd edilən sığorta növləri üzrə sığorta siniflərindən bəhs olunmuşur. Sığorta münasibətlərinin mühümlüyü, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini labüd edir. Azərbaycanda sığorta bazarına inzibati nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Dünya təcrübəsində mövcud olan bir çox sığorta formaları ölkəmizdə tətbiq edilmir. Bunun səbəbi ölkəmizdə sığorta münasibətlərinin yeni formalaşması və bu sahəyə marağın aşağı səviyyədə olması ilə bağlıdır. Azərbaycanda tətbiq olunmayan sığorta formalarına aşağıdakıları aid edə bilərik: hüquqşünasların peşə məsuliyyətinin icbari sığortası, həkimlərin peşə məsuliyyətinin icbari sığortası və.s. Sığorta münasibətləri subyektlərinin fəaliyyətində bu sahədə göstərilən hüquqi xidmətlər mühüm əhəmiyyətə malikdir.

 

 

Sığorta sahəsində aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:

 

  1. Sığorta müqavilələrinin tərtib edilməsi,

 

  1. Fiziki və hüquqi şəxslərə sığorta müqaviləsi və sığorta qanunvericiliyi üzrə hüquq və vəzifələrinin izah edilməsi,

 

  1. Sığorta münasibətlərində tərəflərin pozulmuş hüquqlarının inzibati və ya məhkəmə qaydasında müdafiəsi,

 

  1. Sığorta qanunvericiliyi üzrə hüquqi konsultasiyaların keçirilməsi.”
Bizimlə Əlaqə
Əvvəlki Xidmətlər
Sonrakı Xidmətlər