09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

NƏQLİYYAT HÜQUQU

Nəqliyyat müəssisəsinin müştəriyə sərnişin, yük və baqaj daşımaları üzrə və digər nəqliyyat xidmətləri göstərməsi ilə bağlı olaraq yaranan ictimai münasibətləri tənzim edən hüquq normaları sistemi nəqliyyat hüququ adlanır. Nəqliyyat hüququnun predmetinə həm nəqliyyatın idarə edilməsi ilə bağlı yaranan təşkilati-idarəçilik münasibətləri, həm də mülki-hüquqi münasibətlər daxildir.

 

Nəqliyyatın aşağıdakı növləri vardır:

 

  1. dəmiryolu nəqliyyatı,

 

  1. avtomobil nəqliyyatı,

 

  1. hava nəqliyyatı,

 

  1. dəniz nəqliyyatı,

 

  1. daxil su nəqiyyatı,

 

  1. boru-kəmər nəqliyyatı.

 

Azərbaycan Respublikasının Nəqliyyat Qanunvericiliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsindən, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasında nəqliyyat sahəsində vahid dövlət siyasətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

 

 

Nəqliyyat hüququ üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:

 

  1. Daşınma müqavilələrinin tərtib edilməsi və bu barədə hüquqi məsləhətlər verilməsi,

 

  1. Nəqliyyat münasibətləri iştirakçılarını qanunsuz müdaxilələrdən müdafiə etmək,

 

  1. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasında hüquqi yardım göstərilməsi,

 

  1. Nəqliyyat vasitələrinin sığortası ilə bağlı yaranan münasibətlərin hüquqi müşayiəti,

 

  1. Nəqliyyat hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi,

 

  1. Nəqliyyat sahəsində yaranan mübahisələrin inzibati və ya məhkəmə qaydasında həlli.
Bizimlə Əlaqə
Əvvəlki Xidmətlər
Sonrakı Xidmətlər