09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

KORPORATİV-HÜQUQİ XİDMƏTLƏR

Korporativ-hüquqi xidmətlər korporasiyaların təşkili və onların fəaliyyəti nəticəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsinə yönələn xidmətlərdir. Hüquqi yardımın bu növünü fərdi hüquqi xidmətlərdən fərqləndirən əsas xüsusiyyət, korporasiyalarla bağlılığıdır. Məsələn, ailə hüququ sahəsində göstərilən hüquqi yardımı korporativ-hüquqi xidmət hesab etmək gülüncdür, çünki korporasiyalar ailə hüququnun tənzimlədiyi ictimai münasibətlər dairəsinə daxil deyildir. Korporativ-hüquqi xidmətlər, özündə müxtəlif hüquq sahələri və institutlarının korporasiyalarla bağlı fəaliyyətini ehtiva edir.

 

 

Korporativ-hüquqi xidmətlərimiz aşağıdakılardır:

 

 

Korporasiyaların təşkili ilə bağlı xidmətlər:

 

  1. Korporasiyaların yaradılması, birləşməsi, qoşulması, çevrilməsi, bölünməsi, ayrılması, müflis elan olunması, ləğv edilməsi və yenidən təşkilinin rəsmiləşdirilməsi;

 

  1. Korporasiyaların təsis sənədləri və daxili idarəçilik qaydalarının hazırlanması;

 

  1. Korporasiyaların idarə edilməsi ilə bağlı hüquqi konsaltinq xidməti.

 

 

Korporasiyaların fəaliyyətinin müqavilə hüquqi tənzimi ilə bağlı xidmətlər:

 

  1. Alqı-satqı, borc, icarə, podrat, konsessiya, françayzinq müqavilələri, agentlik razılaşmaları, maliyyə və hüquqi məsləhətlər barədə müqavilələr, konfidensiallıq (məlumatların açıqlanmaması), kommersiya sirri barədə müqavilələr, paylaşdırma razılaşmaları (ekspeditorluq fəaliyyəti üçün), malların (əmtəələrin) təchizatı üçün razılaşmalar, xidmətlərin təchizatı üçün razılaşmalar və digərləri daxil olmaqla kommersiya müqavilələrinin müxtəlif növlərinin layihələrinin hazırlanması;

 

  1. Qanunvericiliyə uyğun olaraq, mülki dövriyyənin bütün sahələri üzrə əqdlərin, müqavilələrin tərtibi, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi;

 

  1. Kontragentlərlə danışıqların hüquqi müşayiəti, müqavilə üzrə öhdəliklərin icrasında yaranmış mübahisələrin həlli üzrə hüquqi məsləhətlərin verilməsi;

 

  1. Tender və satınalmaların hüquqi müşayiəti;

 

  1. Xarici fiziki və hüquqi şəxslərlə bağlanılacaq müqavilələrin tələb olunan xarici dildə və beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib olunması.

 

 

Korporasiyaların fəaliyyətinin əmək hüququ ilə bağlı tənzimlənmələri:

 

  1. Əmək müqavilələrinin hazırlanması;

 

  1. Maddi məsuliyyət müqavilələrinin hazırlanması;

 

  1. Əmək müqavilələrinə xitam verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsi;

 

  1. Kollektiv müqavilələrin hazırlanması;

 

  1. Əmək münasibətləri ilə bağlı mübahisələrin həll edilməsi;

 

  1. Xidmət müqavilələrinin hazırlanması;

 

  1. Əcnəbi şəxslərə iş icazəsinin alınmasında hüquqi yardım göstərilməsi.

 

 

Hüquqi audit xidmətləri (“Legal Due Diligence”)

 

Hüquqi audit – mövcud qanunverciliyə, işgüzar adətlərə və məhkəmə təcrübəsinə uyğunluğunu müəyyən etməyə imkan verən, şirkətin təsis sənədlərinin, hüquqmüəyyənedici və müqavilə sənədləşməsinin yoxlanılması və tədqiqi sahəsində kompleks tədbirlərdir. Qərb təcrübəsində geniş yayılan bu xidmət növü, Azərbaycanda məhdud formada həyata keçirilir: (əsasən, əcnəbi təmayüllü hüquq şirkətləri tərəfindən tətbiq edilir)

 

  1. Müəssisə və ya təşkilatın fəaliyyətinin ayrı – ayrı istiqamətlərinin, təsis sənədlərinin, daxili normativ sənədlərinin, əqdlərinin qüvvədə olan qanunvericiliyə uyğunluğu baxımından hüquqi təhlili;

 

  1. Müəssisənin fəaliyyəti zamanı mövcud olan hüquqi risklərin qabaqcadan müəyyən olunması;

 

  1. İdarəetmə sistemlərinin adekvatlılığının təhlili;

 

  1. Xüsusi mürəkkəb əqdlərin hüquqi auditi;

 

  1. Müəssisədaxili əmək münasibətlərinin kompleks hüquqi auditi;

 

  1. Aparılmış təhlillərin, audit işinin yekunlarına dair yazılı hesabatların, mövcud olan boşluqların aradan qaldırılması istiqamətində təkliflərin verilməsi.
Bizimlə Əlaqə
Əvvəlki Xidmətlər
Sonrakı Xidmətlər