09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

İNZİBATİ XƏTALAR

Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin yeganə mənbəyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xətalar üzrə məsuliyyətin əsasları, inzibati tənbeh tətbiq etmə qaydası, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar, inzibati xətalar üzrə icraatın mərhələləri və ayrı-ayrı sahələr üzrə inzibati xətalar təsbit edilmişdir.

 

 

İnzibati xətalar üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:

 

  1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına, onların qanunvericilikdə müəyyən edilmiş hüquqlarının izah edilməsi,

 

  1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi qismində icraatda iştirak etmək,

 

  1. İnzibati xətalar haqqında işlər üzrə icraatda zərər çəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmək,

 

  1. Barəsində inzibati xəta haqqında işlər üzə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin adından etiraz və vəsatətlərin verilməsi,

 

5. İnzibati xətalar qanunvericiliyi üzrə hüquqi konsultasiyaların keçirilməsi.

Bizimlə Əlaqə
Əvvəlki Xidmətlər
Sonrakı Xidmətlər