Cinayət işləri üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:
- Cinayət işinin başlanması, təhqiqat və ibtidai istintaq mərhələlərində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi;
- Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmək;
- Apellyasiya, kassasiya, əlavə kassasiya qaydasında şikayətlərin verilməsi;
- Cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmək;
- Xüsusi ittiham qaydasında zərərçəkmiş şəxsin məhkəməyə müraciət hüququnun həyata keçirilməsində hüquqi yardım göstərilməsi;
- Mülki iddianın irəli sürülməsi və onun müdafiəsi;
- Cinayət prosesi iştirakçılarının qanunvericiliklə müəyyənləşdirilmiş digər hüquqlarının qorunması;
- Cinayət işləri üzrə hüquqi konsultasiyaların keçirilməsi.