09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

AİLƏ QANUNVERİCİLİYİ

Milli ailə qanunvericiliyinin əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi, bu məcəlləyə uyğun olaraq qəbul edilmiş qannvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir.

Müasir dövrümüzdə ailə hüququ üzrə mübahisələr geniş yayılmışdır. Belə bir şəraitdə, yaranmış mübahisələrinin hüquqi həlli dövrümüzün aktual problemlərindəndir. Buna görə də, ailə hüququ üzrə keyfiyyətli hüquqi xidmətə böyük ehtiyac duyulur. Ailə hüququ üzrə həyata keçirilən hüquqi xidmətləri sadalayaq:

 

  1. Nikah müqaviləsinin hazırlanması;
  2. Nikaha xitam verilməsi və ya onun etibarsız hesab edilməsi prosesinin hüquqi müşayiəti;
  3. Ailə-əmlak mübahisələrinin hüquqi həlli;
  4. Uşağın mənşəyinin müəyyən edilməsi və atalığın müəyyən edilməsi prosesinin hüquqi müşayiəti;
  5. Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi və valideynlik hüquqların bərpası ilə əlaqədar hüquqi yardım göstərilməsi;
  6. Aliment almaq hüququnun müdafiəsi;
  7. Qəyyumluq, himayəçilik və övladlığa götürmənin həyata keçirilməsində hüquqi yardım göstərilməsi;
  8. Ailə hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi.

Valideylərdən biri razı olmadığı halda, yetkinlik yaşına çatmayan şəxsin ölkə xaricinə çıxarılması üçün Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilməsi.

Bizimlə Əlaqə
Əvvəlki Xidmətlər
Sonrakı Xidmətlər