09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search
 

Archive

KORPORATİV-HÜQUQİ XİDMƏTLƏR

[vc_row][vc_column][vc_column_text] Korporativ-hüquqi xidmətlər korporasiyaların təşkili və onların fəaliyyəti nəticəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsinə yönələn xidmətlərdir. Hüquqi yardımın bu növünü fərdi hüquqi xidmətlərdən fərqləndirən əsas xüsusiyyət, korporasiyalarla bağlılığıdır. Məsələn, ailə hüququ sahəsində göstərilən hüquqi yardımı korporativ-hüquqi xidmət hesab etmək gülüncdür, çünki korporasiyalar ailə hüququnun tənzimlədiyi ictimai münasibətlər dairəsinə daxil deyildir. Korporativ-hüquqi xidmətlər, özündə müxtəlif hüquq sahələri və institutlarının korporasiyalarla bağlı fəaliyyətini ehtiva edir.     Korporativ-hüquqi xidmətlərimiz aşağıdakılardır:     Korporasiyaların təşkili ilə bağlı xidmətlər:   Korporasiyaların yaradılması, birləşməsi, qoşulması, çevrilməsi, bölünməsi, ayrılması, müflis elan olunması, ləğv edilməsi və yenidən təşkilinin rəsmiləşdirilməsi;   Korporasiyaların təsis sənədləri və daxili idarəçilik qaydalarının hazırlanması;   Korporasiyaların idarə edilməsi ilə bağlı hüquqi konsaltinq xidməti.     Korporasiyaların fəaliyyətinin...

Continue reading

AİLƏ QANUNVERİCİLİYİ

[vc_row][vc_column][vc_column_text] Milli ailə qanunvericiliyinin əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi, bu məcəlləyə uyğun olaraq qəbul edilmiş qannvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Müasir dövrümüzdə ailə hüququ üzrə...

Continue reading

MİQRASİYA HÜQUQU

a

[vc_row][vc_column][vc_column_text] “Miqrasiya” latın sözü olub (“migratio” – köçetmə), insanların əcnəbi ölkəyə qısa və ya uzunmüddətli köçməsini bildirir. Miqrasiya çox qədim tarixə malik mürəkkəb sosial prosesdir. Bəşər tarixinin bütün dövrlərində mövcud olan miqrasiya prosesi müasir dövrümüzdə yeni xüsusiyyətlər qazanmışdır. Belə ki, beynəlxalq iqtisadi-siyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, iqtisadi və sosial-mədəni həyatın beynəlmiləlləşdirilməsi, eyni zamanda müharibələrin, milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər miqrasiya edən insan kütlələrinin artmasına səbəb olmuşdur. Belə bir şəraitdə miqrasiya münasibətlərini hüquqi cəhətdən tənzim etməmək absurd məsələdir. Miqrasiya münasibətlərini tənzim edən hüquq sahəsi miqrasiya hüququ adlanır. Miqrasiya siyasəti hər bir dövlətin təhlükəsizlik siyasətinin vacib...

Continue reading

NƏQLİYYAT HÜQUQU

[vc_row][vc_column][vc_column_text] Nəqliyyat müəssisəsinin müştəriyə sərnişin, yük və baqaj daşımaları üzrə və digər nəqliyyat xidmətləri göstərməsi ilə bağlı olaraq yaranan ictimai münasibətləri tənzim edən hüquq normaları sistemi nəqliyyat hüququ adlanır. Nəqliyyat hüququnun predmetinə həm nəqliyyatın idarə edilməsi ilə bağlı yaranan təşkilati-idarəçilik münasibətləri, həm də mülki-hüquqi münasibətlər daxildir.   Nəqliyyatın aşağıdakı növləri vardır:   dəmiryolu nəqliyyatı,   avtomobil nəqliyyatı,   hava nəqliyyatı,   dəniz nəqliyyatı,   daxil su nəqiyyatı,   boru-kəmər nəqliyyatı.   Azərbaycan Respublikasının Nəqliyyat Qanunvericiliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsindən, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasında nəqliyyat sahəsində vahid dövlət siyasətini Nəqliyyat, Rabitə və Yüksək...

Continue reading

SƏHMDARLARIN HÜQUQLARI

[vc_row][vc_column][vc_column_text] Azərbaycan Respublikasında fəaliyyət göstərən səhmdar cəmiyyətlərdə səhmdarların hüquqlarının qorunması və müdafiəsi istiqamətində hüquqi baza kimi başlıca olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanunları əsas götürülür. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2011-ci ildə təsdiqlənmiş "Azərbaycan Korporativ İdarəetmə Standartları"nda da səhmdarların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra müddəalar öz əksini tapmışdır. Bu sənəd ümumən tövsiyə xarakteri daşısa da, "Azərbaycan İnvestisya Şirkəti" ASC nizamnamə kapitalında iştirak payı təklif edilən kommersiya təşkilatı ilə investisiya qoyuluşu haqqında müqavilə bağlayarkən həmin kommersiya təşkilatının "Azərbaycan Korporativ İdarəetmə Standartları"na...

Continue reading

VERGİ

[vc_row][vc_column][vc_column_text] Hüquq şirkətimiz tərəfindən vergi hüququ üzrə aşağıdakı xidmətlər həyata keçirilir:   Vergi orqanlarının çıxardığı qərarların hüquqi ekspertizası;   Vergi yoxlamaları zamanı təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi;   Vergi mübahisələrinin inzibati və ya məhkəmə qaydasında həlli;   Artıq ödənilmiş vergi ödənişlərinin və tutulmaların qaytarılmasının təşkil edilməsi;   Vergi hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi.     Qərb ölkələrində vergi hüququ üzrə xidmətlər əsasən korporasiyalara göstərildiyi üçün, bu xidmətlər “korporativ-hüquqi xidmətlərin” tərkib hissəsi hesab edilir. Qərb təcrübəsində mövcud olan bir çox hüquqi xidmətlər Azərbaycanda tətbiq edilmir.     Bunlara aşağıdakıları aid edə bilərik:   “Tax Planning” (“Vergi Planlaşdırması”) – korporasiyaların fəaliyyətinin vergi ödənişlərinin azaldılmasına...

Continue reading

TİBBİ HÜQUQİ XİDMƏTLƏR

[vc_row][vc_column][vc_column_text] Azərbaycanda tibb hüququnun tənzim edilməsi ilə bağlı qanunvericilik sistemi təkmil olmasa da, bu sahədə bir çox normativ hüquqi aktlar qəbul edilmişdir: “Əhalinin sağlamlığının qorunması haqqında Qanun, “Qan və onun kompanentlərinin donorluğu haqqında” Qanun, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” Qanun. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Qanunsuz abort etmə”, “Xəstəyə kömək göstərməmə”, “İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma”, “Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə”, “Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya” kimi tibb hüquq münasibətləri ilə bağlı cinayət tərkibləri təsbit edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının...

Continue reading

TİKİNTİ

[vc_row][vc_column][vc_column_text] Tikinti hüququ müasir dövrümüzün ən problemli hüquq institutlarından hesab olunur. Bu hüquq institutunun tənzimlədiyi münasibətlər başlıca olaraq daşınmaz əmlak və müqavilələr hüququ ilə bağlı olsa da, əmək hüququ və korporativ hüquqla da əlaqəsi mövcuddur. Azərbaycan Respublikasının tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir. Tikinti hüququnun mürəkkəbliyi, bu sahədə hüquqi xidmətlərin həyata keçirilməsini labüd edir. Tikinti sahəsində aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:   1.Tikinti müqavilələrinin tərtib edilməsi, 2.Tikinti şirkətlərinin müqavilə danışıqlarında təmsil edilməsi, 3.Tikinti sahəsini tənzimləyən dövlət orqanları ilə danışıqların aparılması, tərəflərin hüquqlarının müdafiəsi, 4.Dövlət satınalmalarının (müsabiqələrin, hərracların, tenderlərin) təşkili və keçirilməsi məsələləri...

Continue reading