09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search

Probleminiz var, Siz isə onun həllini tapmaqda çətinlik çəkirsiniz?

Hüquqşünası Necə Seçməlİyəm?

Hüquqşünasımı necə seçməliyəm?

Gözlənilməz vəziyyətlərdə ixtisaslı hüquqi yardıma ehtiyacınız ola bilər, bunun üçün ümumiyyətlə özəl vəkillərə və ya bir hüquq firmasına müraciət edirlər. Ancaq çox vaxt bu peşədə peşəkar yardım göstərə bilməyən, müştərilərdən yalnız pul alan fırıldaqçılar var. Məsləhət görülür ki, ilk öncə seçmək istədiyiniz hüquqşünasın (vəkilin) hansı sahə üzrə ixtisaslaşdığını dəqiqləşdirin. Əgər Siz vərəsəlik işinizlə bağlı hüquqşünas axtarırsınızsa, o zaman kommersiya işlərində ixtisaslaşan hüquqşünasa deyil, mülki-vərəsəlik işlərində ixtisaslaşan hüquqşünasa (vəkilə) müraciət etməlisiniz. Bundan başqa seçmək istədiyiniz hüquqşünasın (vəkilin) stajına, onun əvvəlki işlərinin nəticəsinə, şəxsi insani keyfiyyətlərinə də fikir verməlisiniz. Onu hətta öz kolleqalarından, keçmiş iş yoldaşlarından da maraqlana bilərsiniz. Diqqət yetirin ki, ona ödədiyiniz məbləğə görə sizə həqiqi qəbz təqdim etsin (bəzən sizin verdiyiniz məbləğin əvəzinə kiçik məbləğə qəbz yazırlar). Ümid edirik ki, hüquqşünas seçimində yanılmayacaqsınız.

Bizimlə əlaqə
Vəkİlsİz boşanmaq olar?

Boşanma işində vəkilin olması məcburidirmi?

Boşanma (nikahın pozulması) heç də həmişə məhkəmədə olmur. Əgər ər və arvad boşanmağa razıdırsa və onların həmin nikahından övladları yoxdursa, həm də əlavə mülk bölgüsü aparmırlarsa, o zaman, ər və arvad birlikdə Qeydiyyat Şöbəsinə yaxınlaşaraq ərizə yazırlar, bir ay müddətinə də o ərizəyə baxılır və nikahı pozurlar. Qeydiyyat şöbəsi hər rayonun özünə uyğun olur və ya Asan Xidmətlərdə olur. Misal üçün: Nəsimi Rayon Qeydiyyat şöbəsi (zaqs). Əgər ər-arvaddan birisi boşanmağa razı deyilsə, yaxud uzaqdadırsa, yaxud birgə nikahdan doğulmuş uşaqlar vardırsa, bu zaman nikah mütləq məhkəmədə pozulur. Ər və ya arvad boşanmaq üçün məhkəməyə müraciət edə bilər. Bu müraciəti vətəndaş özü də edə bilər. Nəzərə alın ki, boşanmaq üçün məhkəməyə iddia ərizəsi yazılmalı və dövlət rüsumu ödənilməlidir. İddia ərizəsini yazmaqda çətinlik çəksəniz, bunun üçün hüquqşünasa (vəkilə) müraciət edə bilərsiniz. Məhkəmə işinin gedişi zamanı isə vəkilin iştirakı məcburi deyil. Siz özünüz də vəkilsiz məhkəmə iclaslarına gedib iştirak edə bilərsiniz. Boşanma işi mülki iş sayılır və həmin işlərdə rayon məhkəmələrində vəkilin iştirakı məcburi deyildir.

Bizimlə əlaqə
Həyat yoldaşımın harada olduğunu bİLMİRƏM. Mən hələ də boşanmaQ üçün əRİzə verə bİLƏRƏM Mİ?

Əgər ərimin (və ya arvadımın) yeri məlum deyildirsə, yaxud da xarici ölkəyə gedibsə, bu zaman onsuz boşanmaq olurmu?

Azərbaycanda praktik olaraq boşanma prosesi çox sadədir. Əgər tərəflərdən biri (ya ər, ya arvad) boşanmaq istəyirsə və qərarlı olaraq təkid edirsə, o zaman demək olar ki, maksimum 6-7 ay ərzində məhkəmə ər-arvadı boşayır. Bu zaman fərq etmir ki, tərəflərdən biri ölkədən kənardadır, ya rayondadır, ya ümumiyyətlə yeri məlum deyildir. Şəxsin məlum olan sonuncu yaşayış yerinə məhkəmə tərəfindən bildiriş göndərilir. Məhkəməyə müraciət etməzdən əvvəl ərinizin və ya arvadınızın ünvanını dəqiqləşdirmək istəsəniz, bunu MAPS arayışına əsasən də edə bilərsiniz.

Əlavə sualınız varsa
Uşağın qəyyumluğu necə müəyyən edİLİR?

Qəyyumların və himayəçilərin təyin edilməsi

Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara, onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.<br /> Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər qəyyum (himayəçi) ola bilməzlər.

Mənbə
Ödəmə İmkanım yoxdursa, mənə kömək etmək üçün boşanma vəkİLİ ala bİlərəmmİ?

Dövlət hesabına (ödənişsiz) vəkillə təmin edilmək

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən maddi imkanları məhdud olan, yəni vəkilə ödəniş etməyə maddi imkanı yetməyən şəxslər dövlət hesabına vəkillə təmin oluna bilərlər. Buna görə şəxs məhkəmədə həqiqətən də maddi imkanlarının çox zəif olduğunu və vəkilə haqq ödəyə bilmədiyini sübuta yetirməli, yalnız bundan sonra hakimin razılığı ilə həmin şəxsə dövlət hesabına (yəni pulsuz) vəkil təyin edilə bilər.

Mənbə
MƏHKƏMƏ UŞAĞA DƏSTƏYİ NECƏ MÜƏYYƏN EDİR?

Aliment məbləğinin müəyyən edilməsi

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verərək alimentin məbləğini müəyyən edir.

Mənbə