09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search
 

İş vaxtı sağlamlığı pozulmuş işçinin hansı hüquq və sosial təminatları var?

High moral and ethics standards.
Legal Azerbaijan > Hüquqi məsləhət  > İş vaxtı sağlamlığı pozulmuş işçinin hansı hüquq və sosial təminatları var?

İş vaxtı sağlamlığı pozulmuş işçinin hansı hüquq və sosial təminatları var?

İş qəzalarında həyatını itirən və ya xəsarət alan şəxslərlə bağlı problemlər Əmək Məcəlləsi və Cinayət Məcəlləsi ilə təmzimlənir. İcbari Sığorta haqqında qanunda istehsalatda bədbəxt hadislər və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirilməsi hallarında ödənişin verilməsi nəzərdə tutulur.

İctimai TV-nin “Qanundan Kənar” verilişinə danışan vəkil Pənah Məmmədov bildirib ki, əmək müqaviləsi olmadığına görə işçi ilə işə götürən arasında münasibətlər hüquqi formada tənzimlənmir: “Bu halda işçiyə dəymiş zərərə görə istehsalatda və iş yerində baş verən bədbəxt hadisəyə görə işə götürən heç bir məsuliyyət daşımır. Ona görə birinci biz bütün vətəndaşlarımızdan xahiş edirik ki, əmək müqaviləsinin bağlanmasını işə götürənlərdən tələb etsinlər. Əmək müqaviləsi olduğu halda işə götürən istehsalatda baş verən hər hansı bədbəxt hadisə nəticəsində həyatını da dəyişə bilir. Bu halda Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işə götürən tərəfindən vəfat etmiş işçinin vərəsələrinə yəni, ailə üzvlərinə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaya əsasən, üç misli miqdarında müavinət ödənilməlidir”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya 2 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .

Şərhsiz

Şərh Yaz