Qiymətləndirmə fəaliyyəti üzrə xidmətlər

Qiymətləndirmə fəaliyyəti müasir dövrümüzdə geniş yayılan və həyata keçirilməsinə böyük ehtiyac duyulan iqtisadi fəaliyyət növünə çevrilmişdir.  Məhz bu səbəbdən ölkəmizdə qiymətləndirmə fəaliyyətini tənzim edən bir çox normativ hüquqi akt qəbul edilmişdir. Azərbaycan Respublikasının qiymətləndirmə fəaliyyəti üzrə qanunvericiliyinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2007-ci il tarixli 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2009-cu il tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası” və digər normativ hüquqi aktlar daxildir.

Qiymətləndirmə fəaliyyəti üzrə aşağıdakı xidmətlər həyata keçirilir:

·                    Mənzillərin qiymətləndirilməsi;

·                    Fərdi yaşayış evlərinin qiymətləndirilməsi;

·                    Bağ evlərinin qiymətləndirilməsi;

·                    Torpaq sahələrinin qiymətləndirilməsi;

·                    Müəssisənin investisiya qoyuluşuna qədər qiymətləndirilməsi;

·                    İstehsalat  avadanlıqlarının qiymətləndirilməsi;

·                    Avtonəqliyyat müəssisələrinin və qarajların qiymətləndirilməsi;

·                    Avtonəqliyyat vasitələrinin  qiymətləndirilməsi;

·                    Sığorta hadisələrinin qiymətləndirilməsi;

·                    Biznesin müxtəlif növlərinin qiymətləndirilməsi;

·                    Səhmlərinin qiymətləndirilməsi.