Təhsil hüququ üzrə xidmətlər

Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.


Təhsil hüququ üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:

  • Təhsil alan şəxslərin hüquqlarının qorunması;
  • Əsassız olaraq əmək fəaliyyətinə xitam verilmiş təhsil işçilərinin işə bərpasında hüquqi yardım göstərilməsi;
  • Təhsil hüququ üzrə konsultasiyaların keçirilməsi.
"