Səhmdarların hüquqları üzrə xidmətlər

Azərbaycan Respublikasında fəaliyyət göstərən səhmdar cəmiyyətlərdə səhmdarların hüquqlarının qorunması və müdafiəsi istiqamətində hüquqi baza kimi başlıca olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanunları əsas götürülür.

Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2011-ci ildə təsdiqlənmiş "Azərbaycan Korporativ İdarəetmə Standartları"nda da səhmdarların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra müddəalar öz əksini tapmışdır. Bu sənəd ümumən tövsiyə xarakteri daşısa da, "Azərbaycan İnvestisya Şirkəti" ASC nizamnamə kapitalında iştirak payı təklif edilən kommersiya təşkilatı ilə investisiya qoyuluşu haqqında müqavilə bağlayarkən həmin kommersiya təşkilatının "Azərbaycan Korporativ İdarəetmə Standartları"na əməl etməsi məcburi şərt kimi irəli sürülür.

Səhmdarların hüquqlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar:

• Dividend almaq hüququ,

• Ümumi yığıncaqda iştirak hüququ,

• Səsvermə hüququ,

• Seçmək və seçilmək hüququ,

• Məlumat əldə etmək hüququ,

• Səhmlərin geri satın alınmasını tələb etmək hüququ,

• Əlavə buraxılan səhmlərin alınmasında üstünlük hüququ,

• Cəmiyyətin fəaliyyətinin yoxlanılmasını tələb etmək hüququ,

• Cəmiyyətin ləğvindən sonra qalmış əmlakı əldə etmək hüququ.

Hüquq şirkətimiz tərəfindən səhmdarların hüquqlarının qorunması üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:

1.Cəmiyyətin fəaliyyətinin yoxlanılması;

2.Cəmiyyətin ləğvindən sonra qalmış əmlakın əldə edilməsi;

3.Dividentlərin hesablanması, alınması;

4.Səhmdarların maraqlarının mülki, inzibati, cinayət müdafiəsi və digər hüquqi məsələlər.

"