Mühasibatlıq xidmətləri

İdarə etmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və hesabata çevirən elm mühasibat uçotu adlanır. Mühasibat uçotu iqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan, sinifləndirən, yekunlaşdıraraq hesabat edən və nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Mühasibat uçotu yalnız başlıca məqsədi gəlir əldə etmək olan kommersiya təşkilatlarında deyil, həmçinin qeyri-kommersiya təşkilatlarında da həyata keçirilir.

Mühasibat uçotunun həyata keçirilməsi üçün müəyyən vəzifələr mövcuddur. Bu vəzifələrə mühasibat funksiyaları deyilir. Mühasibat funksiyalarını qeyd etmə, təsnifat, yekunlaşdırma və hesabat olaraq 4 ana qrupda ayıra bilərik.

Qeyd etmə mərhələsi: maliyyə əməliyyatları sənədlərə əsaslanaraq mühasibat sisteminə görə mühasibat kitabçalarının qeyd edilməsi mərhələsidir. Mühasibatın uçotunun ən əhəmiyyətli mərhələsi hesab edilir. Mühasibatda qeydlər doğru və düzgün tutulmadan digər funksiyaların da bir mənası qalmaz. Edilən hər əməliyyat uçot sistemi içində ilk olaraq qeyd edilmək məcburiyyətindədir. Bu qeydlərdə sənədlərə əsasən edilir.

Təsnifat mərhələsi: yazılan məlumatlar müəyyən zaman aralıqlarında yığılıb xüsusiyyətlərinə görə qruplara ayrılır. Beləcə fərqli xarakterli və qruplardakı əməliyyatları bir-biriləri ilə qarışdırmadan, fərqli qeydləri yoxlanıla bilər. Təsnifat əməliyyatları mühasibat sistemi daxilində mühasibat kitabçalarında qeyd edilməkdədir.

Yekunlaşdırma mərhələsi: əməliyyatlar dövr sonlarında toplanaraq daha asan nəticələr çıxarmağı təmin etmək üçün ümumiləşdirilir . Dövr sonlarında biznes yüzlərlə bəlkə minlərlə əməliyyat etmiş ola bilər. Bu əməliyyatları hissə-hissə yoxlamaq çox uzun zaman alacağından, eyni xarakterli əməliyyatları yekunlaşdıraraq görmək daha çox fayda verməkdədir.

Hesabat mərhələsi: ən son olaraq hesabat mərhələsində yazılan, təsnif və yekunlaşdırılan əməliyyatlar maliyyə hesabatları vasitəçiliyi ilə nəticə mərhələsinə gəlir. Hesabat mühasibat sisteminin ən son mərhələsi və şərh etmə mərhələsidir. Məruzələrdə müəssisələrin hər cür nəticələri ortaya çıxarılaraq müəssisə haqqında məlumatlar və şərhlər verilir. Müəssisə bu hesabatlar sayəsində gələcəyinə dair yeni qərarlar verir. Hesabat mərhələsində mühasibat hesabatları istifadə olunur. Bu hesabatlarının ən əhəmiyyətliləri "balans hesabatı" və "gəlir cədvəli"dir.

 

Hüquq şirkətimiz tərəfindən mühasibatlıq üzrə aşağıdakı xidmətlər həyata keçirilir:

1.Mühasibat uçotunun beynəlxalq standartlar üzrə mühasibat müşayiəti;

2.Mühasibat uçotunun milli standartlar üzrə mühasibat müşayiəti, sadələşdirilmiş vergi ödəyiciləri üçün;

3.Mühasibat uçotunun milli standartlar üzrə mühasibat müşayiəti, ƏDV vergi ödəyiciləri üçün;

4.Fiziki şəxslər üzrə mühasibat müşayiəti;

5.Mühasibat və vergi uçotu məsələləri üzrə şifahi konsultasiya;

6.Mühasibat və vergi uçotu məsələləri üzrə yazılı konsultasiya;

7.«0» hesabatlarının tərtib edilməsi;

8.DSMF-na fərdi uçot üzrə hesabat;

9.Mühasibat uçotunun dövri ekspress yoxlanışı, işlərin vəziyyəti və mühasibat uçotu haqqında ekspert rəyi və məsələrin həlli üçün məsləhətlər;

10.Mühasibat uçotunun bərpası;

11.Əməkdaşların işə qəbul, əmək haqqının hesablanması və azad edilməsi;