Vergi hüququ üzrə hüquqi xidmətlər

Vergilər, əldə edilən mənfəətin bir hissəsinin məcburi ödəniş forması olmaqla, dövlət büdcəsinin əsas gəlir mənbəyidir. İnsanlıq tarixinin ən qədim sivilizasiyalarında vergi sistemi mövcud olmuş və dövlət gəlirinin əsasını vergilər təşkil etmişdir. Vergi sistemi müasir dövrümüzə qədərki inkişaf mərhələlərində müxtəlif ictimai–iqtisadi formasiyaların fərqli təsirlərinə məruz qalmışdır. Müasir dövrümüzdə, sosial dövlət modelinin inkişafı ilə əlaqədar olaraq sivil dünya dövlətləri xüsusi vergi siyasəti formalaşdırmışlar.
Vergi siyasətinin düzgün formalaşdırılması və həyata keçirilməsi dövlətin maliyyə sisteminin inkişafında mühüm rol oynayır. Vergi siyasətinin düzgün həyata keçirilməsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sərbəst bazar iqtisadiyyatı modelinə yeni qədəm qoymuş ölkəmizin bu sahədə böyük əksiklikləri vardır. Vergi qanunvericiliyi həm vergi siyasətinə, həm də sahibkarlığın inkişafı üzrə dövlət siyasətinə uyğun formalaşdırılmalıdır. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi kimi, onun düzgün həyata keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Belə ki, fiziki və hüquqi şəxslərin vergi qanunvericiliyinin güzəştlərindən faydalanmasında və qeyri-qanuni təsirlərdən qorunmasında vergi hüququ üzrə göstərilən xidmətlər mühüm rola malikdir.

Hüquq şirkətimiz tərəfindən vergi hüququ üzrə aşağıdakı xidmətlər həyata keçirilir:
1. Vergi orqanlarının çıxardığı qərarların hüquqi ekspertizası,
2. Vergi yoxlamaları zamanı təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi,
3. Vergi mübahisələrinin inzibati və ya məhkəmə qaydasında həlli,
4. Artıq ödənilmiş vergi ödənişlərinin və tutulmaların qaytarılmasının təşkil edilməsi,
5. Vergi hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi.

Qərb ölkələrində vergi hüququ üzrə xidmətlər əsasən korporasiyalara göstərildiyi üçün, bu xidmətlər “korporativ-hüquqi xidmətlərin” tərkib hissəsi hesab edilir. Qərb təcrübəsində mövcud olan bir çox hüquqi xidmətlər Azərbaycanda tətbiq edilmir.

Bunlara aşağıdakıları aid edə bilərik:
1. “Tax Planning” (“Vergi Planlaşdırması”) – korporasiyaların fəaliyyətinin vergi ödənişlərinin azaldılmasına yönləndirilməsi. Vergi planlaşdırılmasını həyata keçirən hüquqşünaslar korporasiyaların gəlir sahələrini vergi ödənişlərinin azalması ilə nəticələnəcək səviyyədə müəyyənləşdirilər.
2. “Tax Mitigation” (“Vergi Azaldılması”) – qanunvericilikdə müəyyənləşdirilmiş vergi güzəştlərindən istifadə edilməsi ilə vergi ödənişlərini azaldılması. Vergi güzəştlərindən istifadə metodu son dövrlərdə geniş yayılmış korporativ təcrübədir.
Qeyd etmək lazımdır ki, yuxarıda qeyd etdiyimiz hüquqi xidmətlər qanunidir və vergidən yayınma halı hesab edilmir.
""