Tanınma hüququ üzrə hüquqi xidmətlər

Tanınma hüququ hüququn mühüm bir instututu kimi xarici dövlətlərin məhkəmə qərarlarının başqa bir dövlətin hüquq tətbiq edici orqanlar tərəfindən tanınması və icrası qaydalarını tənzimləyir. Xarici dövlətlərin məhkəmə qərarlarının tanınması olduqca problemli bir məsələdir. Belə ki, dünya dövlətlərinin hüquq sistemləri arasında mövcud kolliziyalar, xarici məhkəmə qərarlarının tanınması prosesində çətinliklər yaradır. Bu problemlərin həllində başlıca üsul dövlətlər arasında beynəlxalq müqavilələr üzrə əməkdaşlığın genişlənməsidir. Xarici məhkəmə qərarların tanınması üzrə Azərbaycan hüququnun mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 462-ci maddəsində bu cür müəyyən olunmuşdur: “Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikası Qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.” Xarici dövlətlərin məhkəmələri və arbitrajlarının qərarlarının tanınması və məcburi qaydada icra olunması ilə bağlı ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Tanınma hüququ üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:
1. Xarici dövlətlərin məhkəmə qərarlarının tanınması üzrə ərizələrin tərtib edilməsi,
2. Xarici dövlətlərin məhkəmə qərarlarının məcburi icrası barədə ərizələrin tərtib edilməsi,
3. Xarici dövlətlərin məhkəmə qərarlarının tanınması və məcburi icrasının hüquqi müşayiəti,
4. Tanınma hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi,
5. Xarici ölkələrin məhkəmə qərarlarının icrası prosesində tərəflərin hüquqlarının müdafiəsi.
"