Rəqabət hüququ üzrə hüquqi xidmətlər

Sərbəst bazar iqtisadiyyatının mövcud olduğu şəraitdə rəqabət hüququ böyük əhəmiyyət kəsb edir. Belə ki, sağlam rəqabət mühitinin mövcudluğu güclü iqtisadiyyatın təməli hesab edilir. Uzun müddətdir ki, bütün dünyada tətbiq edilən bazar iqtisadiyyatı modelinin zamanla hüquqi tənzimlənməyə ehtiyacı olan aspektləri üzə çıxmışdır. Belə ki, bəzən təsərrüfat subyektləri yüksək mənfəət əldə etmək məqsədi ilə, sağlam rəqabət aparmaq əvəzinə rəqabəti məhdudlaşdıraraq, ya da onu tamamilə aradan qaldıraraq kartelləşmə və ya inhisarlaşma vasitələrindən istifadə edirlər. Azərbaycan Respublikasında rəqabət hüququnun zəif inkişaf etməsi, planlı iqtisadiyyatın hakim olduğu SSRİ dövlətinin tərkibində olmasından irəli gəlir. Dövlət müstəqilliyinin əldə edilməsindən sonra rəqabət sahəsində hüquqi tənzimlənmə formalaşmışdır. Bu sahədə qanunvericilik sistemi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inhisarlar haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanunlardan və digər normativ hüquqi aktlardan ibarətdir. Ölkəmizdə iqtisadi rəqabətin hüquqauyğun şəkildə həyata keçirilməsi üzrə dövlət siyasətini Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir. Rəqabət hüququnun əhəmiyyəti bu sahədə hüquqi xidmətlərin həyata keçirilməsini labüd edir.

Rəqabət hüququ sahəsində aşağıdakı xidmətlər həyata keçirilir:
1. Təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə halları zamanı (qiymət manipulyasiyası, mal verməkdən və ya xidmət göstərməkdən imtina, rəqiblərin istehsal xərclərinin yüksəldilməsi və rəqabətdə əlverişsiz vəziyyətə gətirmə və.s) bu hallardan müdafiə məqsədilə hüquqi məsləhətlər verilməsi,
2. İnhisarçılıq fəaliyyəti nəticəsində zərər çəkmiş istehlakçıların hüquqlarının müdafiəsi,
3. Kiçik və orta sahibkarların hüquqlarının müdafiəsi,
4. Rəqabət hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi,
5. Yaranmış mübahisələrin inzibati və ya məhkəmə qaydasında həlli.
"