Hərbi sahədə hüquqi xidmətlər

Hər bir dövlətin təhlükəsizliyinin əsası olan hərb sahəsində hüquqi tənzimlənmənin həyata keçirilməsi olduqca vacib məsələdir. Hərb sahəsində yaranan münasibətləri hüquqi cəhətdən tənzim edən normalar sistemi hərbi hüquq adlanır. Hərbi hüququn tənzimlənmə sferasına hərbi qulluqçuların statusu, çağırış və müqavilə üzrə hərbi xidmət, hərbi birliklərin təşkilati əsasları və digər məsələləri tənzim edən normalar daxildir. Azərbaycan Respublikasının hərbi qanunvericiliyinə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu, “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar daxildir.

Hərbi hüquq sahəsində aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:
1. Çağırış üzrə müvəqqəti hərbi xidmət keçən hərbi qulluqçuların hüquqlarının müdafiəsi,
2. Hərbi qulluqçulara kontrakt üzrə hüquq və öhdəliklərin izah edilməsi,
3. Hərbi istintaq prosesində hərbi qulluqçuların hüquqlarının müdafiəsi,
4. Hərbi məhkəmə orqanlarında hərbi qulluqçuların hüquqlarının müdafiəsi,
5. Azərbaycan respublikasının hərbi qanunvericiliyi üzrə hüquqi konsultasiyaların keçirilməsi.
"