Əqli mülkiyyət hüququ üzrə xidmətlər

Yaradıcılıq fəaliyyətinin nəticələri və onlara müstəsna hüquqlar, mülki dövriyyədə maddi və mənəvi dəyərə malik olan mülki hüquq obyektləri kimi çıxış edir. Əqli fəaliyyətin nəticələri qeyri-maddi olduğu üçün onlara olan mülkiyyət hüququ əşyalara olan mülkiyyət hüququ ilə müqayisədə müddətli xarakter daşıyır və müəyyən ərazi məhdudiyyətlərinə məruz qalır.
Hüquq ədəbiyyatında əqli mülkiyyət hüququnun 4 müstəqil institutdan ibarət olması göstərilmişdir. Bunlara aiddir:
1. Müəlliflik hüququ və əlaqəli hüquqlar,
2. Patent hüququ,
3. Əmtəənin və əmtəə istehsalçılarının fərdiləşdirmə vasitələri institutu,
4. Əqli mülkiyyətin qeyri-standart, ənənəvi olmayan obyektlərinin qorunması institutu.

Əqli mülkiyyət hüququ üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:
1. Əqli mülkiyyət hüquqlarının qorunması üçün müvafiq sənədləşmələrin aparılması,
2. Müqavilələrin tərtibi və hüquqi auditi,
3. Əmtəə nişanlarının əldə edilməsi, qeydiyyatı və qeydiyyatdan şikayət üzrə hüquqi yardım göstərilməsi,
4. Patentlərin qeydiyyatı və qeydiyyatdan şikayət verilməsi üzrə hüquqi yardım göstərilməsi,
5. Əqli mülkiyyət hüququ üzrə konsultasiyaların keçirilməsi,
6. Əqli mülkiyyət üzrə hüquq mübahisələrinin həlli.
"