Bank hüququ üzrə xİdmətlər

“Bank” sözü italyancadan tərcümədə “banco” sözündən olub, hərfi mənası “masa” deməkdir. Klassik orta əsrlər dövründən müasir dövrümüzədək böyük inkişaf yolu keçən bank sistemi hazırki mərhələdə sərbəst bazar iqtisadiyyatı sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Məhz bu baxımdan bank sisteminin hüquqi tənzimi mühüm əhəmiyyət daşıyır. Bankların təşkilati-hüquqi əsaslarını və fəaliyyəti zamanı yaranan münasibətləri tənzim edən hüquq normaları sistemi "bank hüququ" adlanır. Ölkəmizdə son dövrlərdə bu sahədə normativ hüquqi aktlar xeyli təkmilləşdirilmişdir. Azərbaycanın sərbəst bazar iqtisadiyyatı modelinə qədəm qoyması, bankların, həmçinin vətəndaşlarla banklar arasında yaranan hüquqi mübahisələrin sayının artması, bu sahədə hüquqi xidmətlərin həyata keçirilməsini labüd edir.

Bank hüququ üzrə aşağıdakı xidmətlər həyata keçirilir:

1. Banklara və bank olmayan kredit təşkilatlarına korporativ-hüquqi xidmətlərin göstərilməsi;

2. Bank müqavilələrinin hazırlanması;

3. Bankların fəaliyyətinin hüquqi auditi (“legal due diligence”);

4. Kredit, zaminlik, girov və əmanət müqavilələri üzrə yaranmış mübahisələrin həlli;

5. Məhkəmə, icra və digər dövlət orqanlarında təmsilçiliyin həyata keçirilməsi;

6. Bank qanunvericiliyi üzrə hüquqi konsultasiyaların həyata keçirilməsi.

"